“Bir neçə gün sonra artıq Şuşada ilk yaşayış kompleksinin tikintisinə başlanılacaq”.
Banker.az xəbər verir ki, bunu Prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov Şuşadakı “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, Şuşadakı həyatı, yaşayışı bərpa etmək üçün işlər sürətlə davam etdirilməkdədir: “Artıq Şuşada xəstəxana və orta məktəbin də inşası prosesi sürətlənməkdə və şəhərin həyat rejimi bərpa olunmaqdadır”.