18 C
Baku
Friday, November 22, 2024

G7 ölkələri taxıl ittifaqı yaradırlar

ABŞ, Yaponiya, Kanada, Fransa, Almaniya, Böyük Britaniya və İtaliyanın daxil olduğu “Böyük yeddilik” (G7) ölkələri taxıl ittifaqı yaratmaq barədə razılığa gəliblər.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Onlar bu yolla ərzaq təchizatı ilə bağlı problemlərin və Ukrayna limanlarının Rusiya tərəfindən blokadaya alınmasının qarşısını almaq istəyirlər. Birliyin vəzifələri qıtlıq fonunda ərzaq təminatının maliyyələşdirilməsi və əməkdaşlığın təmin edilməsindən ibarətdir.

Alyansın təşəbbüskarı Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf naziri Svenye Şulze və Dünya Bankının prezidenti David Malpassdır.

Ərzaqla bağlı vəziyyəti Hindistanın tətbiq etdiyi buğdanın ixracına qoyulan qadağa da ağırlaşdırır. Nəticədə, qiymətlər rekord səviyyəyə yüksəlir – bir ton üçün 456 dollar.

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, 2022-ci ildə ölkədə taxıl yığımı yeni rekorda çata bilər. İlkin hesablamalara görə, bu, 130 milyon ton olacaq. Dövlət başçısının sözlərinə görə, əhəmiyyətli artım daxili tələbatı ödəməyə, eyni zamanda ixrac həcmini yüksəltməyə imkan verəcək.

Son xəbərlər
Digər xəbərlər