Dallas şəhərindəki bir universitetdə keçirilən tədbirdə çıxış edən Corc Buş səhvən “İraqın işğalı” ifadəsini işlədib.
Banker.az xəbər verir ki, Rusiyadakı seçkilərin saxta olduğunu deyən Buş çıxışı zamanı “Siyasi rəqiblər həbs edilir və ya seçki prosesindən kənarlaşdırılır. Bunun nəticəsi Rusiyada tarazlığın və nəzarətin olmaması və tək adamın qərarı ilə İraqın ədalətsiz və vəhşicəsinə işğalıdır. Mən Ukraynanı nəzərdə tuturam” deyib. Bu ifadə tamaşaçıların gülüşünə səbəb olub. Buş dilinin sürüşməsini onun yaşı ilə əlaqələndirib: “Yaşım 75 olub”.
Qeyd edək ki, Buş administrasiyası 2003-cü ildə İraqın işğalı əmrini verib.