ABŞ Prezidenti Cozef Baydenin mayın 20-də şərqi Asiya ölkələrinə – Cənubi Koreya və Yaponiyaya səfəri başlayıb.
Banker.az xəbər verir ki, məlumatı Ağ Ev yayıb.
Bildirilib ki, səfər çərçivəsində o, Cənubi Koreya lideri Yun Sok Yol və Yaponiyanın Baş naziri Fumio Kisida ilə görüşəcək.
Məlumata görə, görüş zamanı tərəflər arasında təhlükəsizlik münasibətlərinin dərinləşdirilməsi, iqtisadi əlaqələrin və əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək.
Bildirilib ki, Cozef Bayden Təhlükəsizlik üzrə Dördtərəfli Dialoq Qrupunun (QUAD) liderləri ilə Tokioda görüş keçirəcək. Qeyd olunub ki, görüşdə Avstraliyadan Baş nazir Skott Morrison, Hindistandan Baş nazir Narendra Modi və Yaponiyadan isə Baş naziri Fumio Kisida iştirak edəcək.
Qeyd edək ki, QUAD 2007-ci ildə Yaponiyanın Baş naziri Sindzo Abe tərəfindən ABŞ-ın vitse-prezidenti Dik Çeyni, Avstraliyanın Baş naziri Con Qorvard və Hindistanın Baş naziri Manmoxan Sinqhin dəstəyi ilə təsis olunub.
Avstraliya iştirakdan imtina etdiyi üçün qrup 2008-ci ildə fəaliyyətini dayandırıb. 2017-ci ilin noyabrında isə ABŞ Prezidenti Donald Tramp administrasiyası qrupun fəaliyyətinin yenidən bərpa edib.