2 C
Baku
Saturday, December 14, 2024

Gürcüstan, Azərbaycan, Türkiyə və Ermənistan arasında yükdaşımaları ilə bağlı danışıqlar aparılıb

Gürcüstan, Azərbaycan, Türkiyə və Ermənistan arasında yüklərin koordinasiyalı şəkildə və fasiləsiz daşınması ilə bağlı danışıqlar aparılıb.

Bu barədə Gürcüstanın hökumət administrasiyasından bildirilib.

Qeyd olunub ki, danışıqlar Gürcüstanın koordinasiyası ilə baş tutub.

Baş nazir İrakli Qaribaşvilinin sədrliyi ilə keçirilən İqtisadi Şuranın iclasında aparılmış müzakirə zamanı Gürcüstan tərəfindən yükdaşımalarında gecikmələrin olmadığı bildirilib. Bu istiqamətdə bəzi çatışmazlıqların qarşı tərəfdə infrastrukturla, “Lars” gömrük-keçid məntəqəsi ilə bağlı məsələnin isə təmir işləri ilə bağlı olduğu vurğulanıb.

Danışıqlar zamanı tez korlanan məhsulların daşınması ilə bağlı məsələlər də tənzimlənib.

 

 

Son xəbərlər
Digər xəbərlər