Bayden Avstraliyanın Baş naziri ilə AUKUS-u müzakirə edib

ABŞ Prezidenti Co Bayden və Avstraliyanın yeni seçilmiş Baş naziri Antoni Albanese arasında görüş olub.

Banker.az xəbər verir ki, bu barədə Avstraliya Baş naziri “Twitter“də bildirib.

Onun sözlərinə görə, görüşdə AUKUS (Avstraliya – Britaniya – ABŞ müdafiə paktı) müzakirə olunub.

“Biz regional tərəfdaşlarımızla birlikdə işləyirik və iqlim dəyişikliyi ilə bağlı addımları alyansımızın yeni sütununa çeviririk”, – Baş nazir Albanese bildirib.

MənbəApa
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər