1 C
Baku
Saturday, December 14, 2024

Elxan Mikayılov: “Təsərrüfatlarda bitki sağlamlığının izlənilmə sistemi qurulacaq”

“Təsərrüfatlarda bitki sağlamlığının izlənilmə sistemi qurulacaq”.

Banker.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Elxan Mikayılov deyib.

Onun sözlərinə görə, aparılan monitorinqlər onu göstərir ki, təsərrüfatlarda bitki sağlamlığının uçot sistemi problemi var: “Təsərrüfatlardan hansı dövrdə hansı zərərvericilərin aşkarlanması və digər hansı addımların atılması barədə məlumat istəyəndə bəzən cavab əldə edə bilmirik. Bu da zərurət yaradır ki, təsərrüfatlarda bitki sağlamlığının izlənilmə sistemi qurulsun. Bu ideya ondan ibarətdir ki, bitki sağlamlığı üçün həyata keçirilən bütün müddət elektronlaşdırılacaq”.

AQTA rəsmisi bildirib ki, bu təcrübə qardaş Türkiyədə tətbiq olunur və kifayət qədər effektiv nəticələr var: “Bu mexanizm öz növbəsində dövlət nəzarəti orqanının, yəni Milli bitki mühafizə təşkilatlarının kənar nəzarətinə olan ehtiyacı azaldacaq. Bununla da kənar monitorinq və nəzarətin əhatə dairəsi azaldılacaq və daxili nəzarət mexanizmləri gücləndiriləcək”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər