Yaponiyanın “Toyota Motors” avtomobil şirkəti ölkə ərazisindəki 10 zavodda işləri qismən dayandırıb.
Banker.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.
Qeyd olunur ki, həmin zavodlarda ümumilikdə 16 istehsalat xətti üzrə may və iyun aylarında fəaliyyət dayanacaq.
Bu qərar Çinin Şanxay şəhərində koronavirusa görə sərt qapanmalarla əlaqədar detal çatışmazlığı səbəb ilə verilib.
“Toyota”nın qiymətləndirməsinə əsasən, fəaliyyətin qismən dayanması ilə əlaqədar iyun ayında “Toyota” istehsalı 100 min ədəd azalacaq.