Çexiyada meymunçiçəyi xəstəliyi qeydə alınıb. Banker.az xəbər verir ki, bu barədə ölkənin Yoluxucu Xəstəliklərin Müalicəsi Cəmiyyətinin sədri Pavel Dlouqi deyib.
“Çexiyada meymunçiçəyinə ilk yoluxma halı təsdiqlənib”, – deyə Pavel Dlouqi qeyd edib.
Bildirilir ki, xəstə Praqadakı Mərkəzi Hərbi Hospitala yerləşdirilib.