“Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması və dövriyyələrin şəffaflaşdırılması istiqamətində həyata keçirilən islahatlar qeyri neft-qaz sektorundan vergi daxilolmalarının əhəmiyyətli artımına səbəb olub.
Banker.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.
Nazirin əlavə etdiyi fotoda bu sektordakı sahələr üzrə vergi daxilolmalarının artım templəri göstərilir: