“Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı ikitərəfli komissiyanın işinə konsultativ yardım göstərməyə hazırdır”.
Banker.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Rusiya postsovet məkanında sərhədyanı mübahisələrin nizamlanması və delimitasiya sahəsində unikal ekspert potensialına malikdir: “Moskva zəruri kartoqrafik materiallara sahibdir. Rusiyalı həmkarlar komissiya çərçivəsində öz təcrübələrini erməni və azərbaycanlı dostlarla bölüşməkdən məmnun olarlar. Konsultativ yardım göstərmək üçün rusiyalı ekspertlərdən ibarət komanda artıq formalaşdırılıb”.