11 C
Baku
Monday, November 25, 2024

Aİ Rusiyadan neft idxalının 90%-ni ilin sonunadək qadağan edəcək

Avropa İttifaqı (Aİ) liderləri “prinsipcə” Rusiyadan neft idxalına qadağa qoyulması ilə bağlı razılığa gəliblər.

Banker.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib.

“Mən çox şadam ki, liderlər altıncı sanksiyalar paketi ilə bağlı prinsipcə razılıq əldə edə biliblər. Şura indi Rusiyadan bütün neft idxalının təxminən 90%-nin ilin sonunadək qadağan edilməsi ilə bağlı işləri yekunlaşdıra bilər. Bu irəliyə doğru vacib bir addımdır. Boru kəmərləri ilə nəql olunan yerdə qalan 10%-ə bağlı məsələyə isə tezliklə qayıdacağıq”, – deyə fon der Leyen jurnalistlərə açıqlamasında bildirib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər