“Daşınmaz əmlakın alqı-satqısı zamanı ödənilmiş ƏDV-nin 30%-nin geri qaytarılması hər mənzilə aid edilməyəcək”.
Banker.az xəbər verir ki, bunu iqtisadçı Radil Fətullayev deyib. O bildirib ki, yeni qaydalar yalnız MTK-lardan alınan mənzillərə şamil ediləcək:
“ƏDV-nin qaytarılması yalnız yeni tikili satan MTK-lardan alınan mənzillərə tətbiq edilir. Əgər alıcı MTK-dan mənzil alıb, başqasına satarsa, ƏDV qaytarılmayacaq”.