7 C
Baku
Thursday, December 12, 2024

İstiqraz buraxan şirkətin borcları artıb

“Ferrum Kapital” QSC 2021-ci ili 2 milyon 982 min manat mənfəətlə başa vurub. 2020-ci ilin eyni dövründə mənfəəti 1 milyon 297 min manat olub ki, bu da illik müqayisədə mənfəətin  2.3 dəfə artması deməkdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

2021-ci ildə “Ferrum Kapital”ın faiz gəlirləri 10 milyon 837 min manat (əvvəlki ilə nisbətən 1.8 dəfə artım), faiz xərcləri 3 milyon 495 min manat (əvvəlki ilə nisbətən 1.6 dəfə çox) olub.

“Ferrum Kapital”ın ötən il cəmi aktivləri 51 milyon 358 min manat olub ki, bu da illik müqayisədə 51.2% artması deməkdir. Bunun 36 milyon 608 min manatı müştərilərə verilmiş kreditlərdir.

Şirkətin hesabat dövründə öhdəlikləri 26 milyon 856 min manatdan 39 milyon 126 min manata çatıb. Müddətli borc öhdəlikləri 54% artaraq 35 milyon 801 min manat olub.

 

Son xəbərlər
Digər xəbərlər