İqtisadiyyat Nazirliyində Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrei Spinu ilə görüş olub.
Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.
Nazir qeyd edib ki, görüşdə ixrac sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi, investisiyaların təşviqi və biznes forumların təşkil edilməsi barədə ətraflı müzakirələr aparılıb.