10 C
Baku
Wednesday, December 11, 2024

“Xəngəland” restoranında bir sıra nöqsanlar aşkarlanıb – Fotolar

Bakının Səbail rayonunda Mehdi Hüseyn küç., ev 88, m.5 ünvanında yerləşən, Əhmədov Sabir Faiq oğluna məxsus “Xəngəland” restoranında aparılan qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı məlum olub.

Banker.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə(AQTA) istinadən xəbər verir ki, Agentliyə müraciət daxil olduqdan sonra restoranda aparılmış yoxlama nəticəsində müəssisənin mətbəx sahəsində texnoloji ardıcıllıq prinsipinin pozulduğu, xammalın qəbulu və saxlanılması, yeməklərin hazırlanmasının eyni sahədə həyata keçirildiyi, həmçinin işçi heyətin xüsusi geyimlə təmin edilmədiyi, müəssisədə müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkar olunub.

AQTA-dan bildirilir ki, aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib. Müəssisədə işlərin görülməsinin, xidmətlərin göstərilməsinin dayandırılmasına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

54544

45454

Son xəbərlər
Digər xəbərlər