Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev respublikadan qanunsuz yollarla çıxarılan aktivlərin qaytarılması ilə məşğul olacaq idarələrarası komissiyanın yaradılması haqqında fərman imzalayıb.
Bu barədə bazar günü dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Prezident Kasım-Jomart Tokayevin fərmanı ilə Qazaxıstan vətəndaşlarının xaricə qanunsuz çıxardıqları vəsaitlərin qaytarılması üzrə kompleks işlərin aparılması üçün Baş prokurorun rəhbərlik etdiyi idarələrarası komissiya yaradılıb”, – məlumatda bildirilib.
Mətbuat xidməti onu da qeyd edib ki, prezident komissiyanın fəaliyyətinə şəxsən nəzarət etmək niyyətindədir.