26 C
Baku
Tuesday, April 30, 2024

Girovun mahiyyəti, pul ödənməyəndə o necə reallaşdırılır?

Banka kredit üçün müraciət edərkən, bankı ilk öncə sizin götürmək istədiyiniz kreditə müvafiq olaraq ödəmə qabiliyyətinizin olub olmadığını müəyyənləşdirməyə çalışacaq. Belə ki, əgər siz krediti girov təminat göstərərək əldə edirsinizsə, bu zaman kredit ödənmədikdə girov qoyulmuş əmlak, ev, qızıl, maşın və s. tipli vasitələrin necə reallaşdırılmasına, yəni qısaca həmin vasitələrlə nə baş verəcəyi sualı ortaya çıxacaq.

Krediti girov əsasında götürməyin mahiyyəti nədir?

Kreditlər girovla və ya təminatsız (blank) şərtlərlə verilə bilər. Girov kreditlərin verilməsi üzrə bank tərəfindən ayrıca meyarlar müəyyən edilir. Sizin tələb etdiyiniz kreditdən, məbləğdən, müddətdən, bank daxili şərtlərdən və s. asılı olaraq bank sizdən girov tələb edə bilər. Siz banka əmlakınızı, maşını, ev, qızıl zinət əşyası və s. girov qismində qoya bilərsiniz. Bank üçün girovun əhəmiyyəti böyükdür. Belə ki, kreditinizi qaytarmasanız kredit borcunuzun təminatı kimi girov mühüm rol oynayır. Amma bununla yanaşı təminatın dəyəri bankı kredit əməliyyatı üzrə dəyən zərərdən qorumaq üçün kifayət etməlidir, eyni zamanda kreditlərin qaytarılması üçün yeganə və əsas mənbə olmamalıdır. Girov əsasında kreditlərin verilməsi üçün ilk öncə girov qiymətləndirilmədir.

Girovun qiymətləndirilməsi prosesi necə baş verir?

Bank daxili qaydalarda girov şəklində götürüləcək təminatınızın (evin, maşının və s.) bazar dəyərinin kredit məbləğinə olan nisbətinin məqbul əmsalları müəyyənləşdirilməlidir. Yəni qısaca girov göstərdiyiniz təminatın qiyməti müəyyənləşdirilir və eyni zamanda kredit götürmək istədiyiniz məbləğlə müqayisə olunur. Kredit məbləği girov şəklində götürələcək təminatın real qiymətindən aşağı olacaq. Yəni əgər 5000 AZN dəyərində girov qoyursunuzsa 4000 AZN dəyərində kredit ala bilərsiniz. Təbii ki, burda bankların sizə fərqli məbləğlərdə kredit təklif edə bilərlər. Təminat girov şəklində götürülərkən bankdaxili qaydalarda girovunqiymətləndirilməsinin mövcud qanunvericiliyə uyğun olaraq bankın mütəxəssisi və ya kənar qiymətləndirici tərəfindən aparılmasına dair prosedurlar müəyyən edilməlidir. Girovun qiymətləndirilməsi ücün bankın əməkdaşlarının və ya kənar qiymətləndiricilərin cəlb edilir. Məbləği bankın məcmu kapitalının 5%-dən yuxarı olan bir borcalana və ya bir-biri ilə əlaqədar borcalanlar qrupuna verilən kreditlər üzrə girov ən azı iki kənar qiymətləndirici tərəfindən ayrıca qiymətləndirilir. Bu zaman qiymətlər fərqli olduqda bank tərəfindən girovun aşağı olan qiyməti əsas götürülməlidir.

Girov əsasında alınan kreditlərə banklar hansı tələbləri irəli sürə bilər?

Girovla təmin olunmuş kreditlərdən dəyən zərərin minimallaşdırılması üçün bank tərəfindən sərt meyarlar müəyyən edilə bilər və bu səbəbdən krediti götürdüyünüz məqamda fərqli banklardan fərqli tələblər irəli sürülə bilinər sizə qarşı.Kredit üzrə təminat qəbul edildikdə bank sizdən girov kimi götürülmüş əmlak üzrə bütün texniki və hüquqi sənədlərin təqdim olunmasını tələb edəcək. Bank təminatla bağlı təqdim edilmiş sənədlərlə uyğunsuzluğ aşkar edərsə bankdaxili qaydalarda müvafiq tədbirlər görə bilər, habelə sizə təminatın sığortalanmasına dair tələb irəli sürə bilər. Kreditlər qiymətli kağızlarla təmin olunduqda, bank bu kağızların real dəyəri və satış imkanlarını nəzərə alaraq onların qiymətləndirilməsi qaydalarını müəyyən edəcək. Sizin tərəfinizdən girov şəklində təqdim olunmuş əmlakın əvəz edilməsinə zərurət yarandıqda bank yeni təminatın dəyərinin kreditin ödəmədiyiniz məbləğinə olan nisbətinin əvvəlki səviyyədən aşağı olmasına yol vermiyəcək.

Girovla Kredit müddətinə təsir edən məqamlar hansılardır?

Siz girovla kredit alarkən təminat qismində qiymətli kağızlarla, zaminliklə, qarantiyalarla və ya bank depozitləri ilə banka müraciət edikdə, bank bu təminatlar üzrə müddətlərini nəzərdən keçirməlidir. Belə təminatın müddəti kreditin qaytarılma müddətindən az olmamalıdır. Müddət az olduqda və ya sizin tərəfinizdən bu təminatın əvəz edilməsinə zərurət yarandıqda bank yeni təqdim olunmuş təminatı qimətləndirməlidir ki, kreditin ödənilməmiş məbləğinə nisbətdə yeni təminatın göstəriciləri az olmasın. Yeni təminatın qiymətləndirilməsi və onun barəsində qərarın qəbul edilməsi üzrə banka yetərli vaxt verilməsi üçün yeni təminat əvvəlki təminatınızın vaxtı başa çatmamışdan əvvəl təqdim etməlisiniz. Bu sıradan məqamlar üçün bank təminatının mütəmadi olaraq yenidənqiymətləndirilməsi zəruri olan kreditlərin məbləğini, habelə yenidənqiymətləndirmənin dövriliyini bankdaxili qaydalarda müəyyən edilərkən diqqətli olmalıdır.

Kredit ödənmədikdə girovla nə baş verə bilər?

Əgər siz aldığınız krediti ödəyə bilməsəniz, bank qanunvericiliklə və müqavilə ilə müəyyən olunan qaydada əmlakınız üzərində mülkiyyət hüququ əldə edir və onu balansa götürür. Beləliklə siz həmin əmlak üzərində hüquqlarınızı itirisiniz. Əmlakın balansa götürülməsi, qiymətləndirilməsi və reallaşdırılması zamanı vergitutma ilə bağlı məsələlər Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müddəaları ilə tənzimlənir. Kreditin ödənilməsi üçün götürülmüş əmlak üzərində qanunvericiliyə uyğun olaraq mülkiyyət hüququnu Bank əldə edir, beləliklə həmin əmlak üzərində bank sahibliyini təsdiq edir. Bu tarixdən bank həmin kreditin məbləğini balansdan silir, götürülmüş əmlak (bank işində istifadə olunan əmlakdan başqa) isə balansda «Digər aktivlər» hesabının müvafiq subhesablarında (“Digər daşınmaz əmlak” və ya «Digər daşınar əmlak») uçota alınır. Bu prosesdən sonra bank girov qismində təqdim etdiyiniz əmlakı yenidən qiymətləndirməyə alır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər