2 C
Baku
Saturday, December 14, 2024

“Kapital Bank”da təyinat olub

“Kapital Bank” ASC-nin departamentlərindən birinə direktor təyin edilib.

Banker.az xəbər verir ki, Camal Tağıyev Korporativ və KOS satışlar idarəsinin Kassa və inkassasiya proseslərinin idarə edilməsi departamentinin direktoru təyin edilib.

O, buna qədər adıçəkilən departamentdə müavin vəzifəsində çalışıb.

Hazırda bankın 22 departamenti vardır. Korporativ və KOS satışlar idarəsinin isə 4 departamenti fəaliyyətdədir.

Xatırladaq ki, Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik olan bank “Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının (“BUS Bank”) bazasında yaradılıb. Onun nizamnamə kapitalı 245.85 milyon manatdır. Bankın əsas səhmdarı daxil olduğu “PAŞA Holdinq” MMC-dir.

Son xəbərlər
Digər xəbərlər