“Azərişıq” ASC-nin yeni elektron xidməti vasitəsilə artıq abonentlər evdən çıxmadan elektron hökumət üzərindən onlayn qaydada abonent kodunun addan ada keçirilməsinə nail ola bilərlər. Bu xidmət əvvəl aidiyyəti üzrə ödənişli həyata keçirildiyi halda, bu gün onlayn qaydada ödənişsiz həyata keçiriləcək.
Banker.az xəbər verir ki, bunu “Azərişıq”ın İnformasiya Texnologiyalar Departamentin direktor müavini Vüsal İsayev deyib.
“Yeni elektron xidmətlər vasitəsilə əhali abonentlərinə geniş tarixçənin verilməsi, əhali və qeyri-əhali abonentləri üçün sayğac zədələnməsi ilə bağlı elektron müraciət funksiyası aktivləşdirilib. Eyni zamanda, xarici və yerli investorlar “Azərişıq” ASC-nin elektrik şəbəkəsinə qoşulmaq üçün “ASAN xidmət” mərkəzlərinə və “ASAN Kommunal” mərkəzlərinə getmədən onlayn qaydada müraciət edə biləcəklər. Sayğac qoyulana qədər investorların qurum əməkdaşları ilə heç bir təması olmayacaq”, – deyə direktor müavini bildirib.