9 C
Baku
Saturday, December 21, 2024

Rusiyanın bütün universitetləri Boloniya sistemindən çıxarıldı

Rusiyanın elm və ali təhsil nazirinin müavini Dmitri Afanasyevin verdiyi məlumata görə, ölkənin bütün universitetləri Boloniya sistemindən çıxarılıb, Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

Onun sözlərinə görə, aprelin 11-də Boloniya qrupu Rusiya və Belarusda nümayəndəliyini dayandırmaq qərarını açıqlayıb. Mayın 24-də Təhsil və Elm Nazirliyi Rusiyanın Boloniya sistemindən imtina etmək üçün öz təhsil sistemini inkişaf etdirəcəyini deyib.

Vurğulanır ki, Rusiya Boloniya sistemindən kənarlaşdırılsa da, bakalavr və magistr proqramları olduğu kimi qalacaq.

Son xəbərlər
Digər xəbərlər