-3 C
Baku
Sunday, December 15, 2024

Bakıda məşhur beşulduzlu Hotel məhkəməlik oldu

Bakıda məşhur beşulduzlu “Mogan Hotel” barəsində məhkəmə iddiası qaldırılıb.

Şirkət yanğın təhlükəsizliyi qaydalarının pozulmasında təqsirli bilinir.

Fövqəladə Hallar Nazirliyinin müvafiq bölməsi tərəfindən “Mogan Hotel” barəsində cərimə protokolu tərtib olunub və baxılması üçün məhkəməyə göndərilib. Protokola hakim Fərid Yaqubovun sədrliyi ilə baxılacaq.

İddia təsdiqini taparsa, hoteli cərimə cəzası gözləyir.

Qeyd edək ki, Mogan Hotel Bakıda fəaliyyət göstərən ən dəbdəbəli hotellərdən sayılır. Burada bir otaqda gecələmənin qiyməti 220 manata yaxındır. Hotelin rəhbəri türkiyəli Özer Ocaktandır.

 

 

Son xəbərlər
Digər xəbərlər