Fransanın “L’Occitane” şəbəkəsi yeni adla yenidən fəaliyyətə başlayıb, Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir. Bildirilir ki, markanın mağazalarının yeni adı ”Л`Окситан”dır.
Çeşid və qiymətlər eyni qalıb. Xatırladaq ki, aprel ayında şirkət Rusiyanın Ukraynada başladığı müharibə fonunda kosmetika mağazalarını bağlayıb. Bir ay sonra məlum olub ki, şirkət adını dəyişərək fəaliyyətini bərpa etməyi planlaşdırır.
Bu, Rusiyada fəaliyyəti bərpa edən tək brend deyil. Eyni zamanda “Reserved”, “House”, “Cropp”, “Mohito” və “Sinsay” mağazaları da Rusiyada yeni adla fəaliyyəti bərpa edib.