11 C
Baku
Monday, November 25, 2024

Hindistan Rusiyadan ucuz qiymətə neft alır

Hindistan Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Rusiyadan aldığı xam neftin həcmini artıraraq onu dünya bazarından ucuz qiymətə tədarük edir.

Bu barədə “The Economic Times” məlumat yayıb.

Bildirilib ki, Hindistanın fevral ayından sonra idxal etdiyi neftə Rusiya 10 dollar endirim edib.

“S&P Global Market” analtik şirkətinin hesablamasına əsasən, 2021-2022-ci maliyyə ili ərzində Hindistanın karbohidrogen idxalatında Rusiyanın payı bir faiz təşkil edib, ancaq cari ilin aprelində bu rəqəm 5 faizə çatıb.

Bir müddət əvvəl NDTV bildirmişdi ki, Hindistan Rusiyadan neftin bir barrelini 70 dollara almaq istəyir. TV-nin məlumatına əsasən, ölkənin dövlət və xüsusi şirkətləri bu il fevral ayının sonunadək Rusiyadan 62,5 milyon barrel neft idxal edib ki, bu da 2021-ci ilin uyğun dövrü ilə müqayisədə üç dəfə çoxdur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər