2022-ci ilin yanvar-aprel aylarında istirahət, əyləncə məqsədilə Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı açıqlanıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat ilində 18 103 nəfər Rusiyadan və 16 942 nəfər isə Türkiyədən Azərbaycana istirahət və əyləncə məqsədi ilə gəlmişlər.
Bu da bu məqsədlə ölkəyə gələn ümumi turistlərin (66 928 nəfər) 52%-indən çoxudur.