Dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edir.
Banker.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,26 dollar azalaraq 44,70 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin də 1 barelinin dəyəri 0,23 dollar azalaraq 50,18 dollar olub.