15 C
Baku
Friday, October 18, 2024

Bu səlahiyyət Səhiyyə Nazirliyindən alındı

Prezident İlham Əliyev “Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” fərmanda dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb.

Sənədə əsasən, sözügedən əsasnamənin 8.20-1-ci bəndi “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyalarının rəsmiləşdirdikləri tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrini aparmaq və “Elektron hökumət” portalı vasitəsilə bu reyestrə real vaxt rejimində çıxışı təmin etmək) ləğv edilib.

Dövlət başçısının digər fərmanı ilə həmin səlahiyyət TƏBİB-ə verilib.

 

 

Son xəbərlər
Digər xəbərlər