İsveçrə Rusiyanın neft və neft məhsullarına embarqo qoyacaq.
Bu barədə İsveçrə Federal Şurası məlumat yayıb.
Bundan əlavə, hökumət Rusiya və Belarusdan olan 100 nəfərə fərdi sanksiyalar tətbiq edəcək. Sanksiyalar iyunun 10-da qüvvəyə minəcək.
Federal Şuradan bildirilib ki, İsveçrənin sanksiyaları Avropa İttifaqının məhdudiyyətlərinə tam uyğundur.