12 C
Baku
Monday, November 25, 2024

“Dünyada birbaşa xarici investisiyaların 40 %-i Asiyanın inkişaf etməkdə olan ölkələrinə yatırılıb”

Asiyanın inkişaf etməkdə olan ölkələrinə birbaşa xarici investisiya axını (BXİ) 19 % artaraq 2021-ci ildə 619 milyard ABŞ dollarına çatıb.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) dərc etdiyi 2022-ci il Dünya İnvestisiya Hesabatında deyilir.

“Bu isə o deməkdir ki, 2020-ci ildə qlobal birbaşa investisiyaların 35 % azalmasına səbəb olan COVID-19 pandemiyasına baxmayaraq, regiona investisiya axınının artdığı ardıcıl üçüncü ildir. Asiyanın inkişaf etməkdə olan iqtisadiyyatlarına yatırılan investisiyalar qlobal xarici investisiya axınının 40 %-ni təşkil edib”, – hesabatda deyilir.

UNCTAD-ın investisiya və sahibkarlıq bölməsinin direktoru Ceyms Cjanın sözlərinə görə, pandemiya zamanı Asiyanın inkişaf etməkdə olan iqtisadiyyatlarına birbaşa investisiya axını qlobal tendensiyanı pozub və bu, Asiyanın inkişaf etməkdə olan iqtisadiyyatlarının dayanıqlığını təsdiq edib.

Hesabata görə, 2021-ci ildə investisiya cəlbediciliyin artımı əksər subregionlarda müşahidə olunsa da (Cənubi Asiya yeganə istisna idi), yalnız altı ölkə BXİ axınının 80 %-dən çoxunu cəlb edib.

Bu siyahıya Çin başçılıq edib, ondan sonra Honq-Konq (Çin), Sinqapur, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və İndoneziya gəlir.

Şərqi Asiyaya investisiya axını 16 % artaraq 329 milyard ABŞ dollara çatıb.

Çində birbaşa investisiyaların artımı 2020-ci ildəki 6 % artımdan sonra2021-ci ildə 21 % artaraq 181 milyard ABŞ dollara çatıb. Bu, xidmət və yüksək texnologiya sektorlarına iri sərmayələr hesabına baş verib. Region üzrə perspektivlər 2022-ci il üçün də müsbətdir.

Ölkədə beynəlxalq layihə maliyyələşdirilməsi üzrə razılaşmalar rekord səviyyəyə çatıb. Ən böyük layihələrdən biri Sinqapurda yerləşən “Princeton Digital Group”un sponsorluğu ilə Şanxayda 1 milyard ABŞ dollarlıq məlumat mərkəzinin tikintisi olub.

Çinin Honq-Konqa birbaşa investisiya axını 4 % artaraq 141 milyard ABŞ dollara çatıb ki, bu da əsasən öz gəlirlərini yenidən investisiya edən şirkətlərin payına düşür (108 milyard ABŞ dolları).

Cənub-Şərqi Asiyada BXİ 44 % artaraq 175 milyard ABŞ dollara çatıb.

Cənub-Şərqi Asiya inkişaf etməkdə olan Asiyada və qlobal miqyasda BXİ üçün artımın mühərriki rolunu bərpa edib və subregiondakı əksər ölkələrdə artımlar olub. Bu artım istehsala, rəqəmsal iqtisadiyyata və infrastruktura güclü sərmayə hesabına baş verib.

Subregionun ən böyük BXİ alıcısı olan Sinqapurda transsərhəd birləşmə və satınalmalarda (M&As) sıçrayış nəticəsində daxilolmalar 31 % artaraq 99 milyard ABŞ dollara çatıb.

Ən böyük sövdələşmə ABŞ-da yerləşən “Altimeter Growth Corp”un Sinqapurda yerləşən “Grab” proqram təminatı istehsalçısı ilə 34 milyard ABŞ dollarlıq birləşməsi olub.

Birləşmiş Ərəb Əmirliklərində yerləşən “GlobalFoundries” tərəfindən Sinqapurda çip istehsalı zavodunun tikintisi üçün 4 milyard ABŞ dollarlıq layihə ilə şəhər-əyalətdə elan edilmiş “yaşıl” sahə layihələri təxminən iki dəfə artaraq 13 milyard ABŞ dollara çatıb.

 

 

Son xəbərlər
Digər xəbərlər