Azərbaycanda bağlanan əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 297,3 min vahid artıb və bu il iyun ayının birinə 1 699,3 minə çatıb.
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 250,1 min vahid artaraq 790,0 min olub.
Bildirilib ki, 3 ildən çox müddətdə ölkədə həyata keçirilən təşviq əsaslı vergi siyasəti, əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub. İş yerlərinin rəsmiləşdirilməsi, əmək haqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində tədbirlər görülüb.