-1 C
Baku
Saturday, December 14, 2024

15 min milyonçunun Rusiyanı tərk edəcəyi gözlənilir

Cari ilin sonuna qədər sərvəti bir milyon dolları ötən 15 min rusiyalı ölkəsini tərk edəcək ki, bu da Rusiyadakı bütün milyonçuların 15 faizini təşkil edir.

Bu barədə məlumat varlı fiziki şəxslərin miqrasiyasını izləyən “Henley&Partners” kompaniyasının tədqiqatında yer alıb.

Proqnozlara əsasən, Rusiya, Çin, Hindistan, Honkonq, Ukrayna, Braziliya, Böyük Britaniya (Brexit səbəbindən), Meksika, Səudiyyə Ərəbistanı və İndoneziya zənginlərin qaçacağı ilk on ölkə olacaq. Milyonçuların miqrasiya edəcəyi ilk on ölkənin siyahısına isə Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya, Sinqapur, İsrail, İsveçrə, ABŞ, Portuqaliya, Yunanıstan, Kanada və Yeni Zelandiya daxildir. Həmçinin varlı insanların Maltaya, Mavrikiyə və Monakoya axını gözlənilir.

Tədqiqatın nəticələrinə görə, Rusiyanın Ukraynaya qarşı apardığı müharibə itkiyə məruz qalan ukraynalı milyonçuların sayının kəskin artaraq ölkə tarixində ən yüksək həddə çatmasına səbəb olub.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər