6 C
Baku
Saturday, December 14, 2024

Dünyanın ən zəngin beş yüz adamı ilin əvvəlindən $1.4 trln. itirib

Dünyanın ən zəngin 500 adamı 2022-ci ilin əvvəlindən bəri 1.4 trilyon dollar itiriblər, Banker.az bu barədə “TASS”a istinadən xəbər verir. Qeyd olunur ki, dünyanın beş ən zəngin adamın ümumi sərvəti 345 milyard dollar təşkil edir.

“Binance” kriptobirjasının təsisçisi Çanpen Çhao 85.6 milyard dollar, sahibkar İlon Mask isə 73.2 milyard dollar itiriblər. Daha əvvəl dünyanın ən zəngin adamı olan Ceff Bezosun sərvəti 65.3  milyard dollar, “Meta”nın rəhbəri Mark Çukerberqin sərvəti isə 64.4 milyard dollar azalıb.

Dünyanın ən zəngin adamlarının ilk beşliyini tamamlayan Bernar Arno 56.8 milyard dollar itirib.

Son xəbərlər
Digər xəbərlər