14 C
Baku
Friday, November 8, 2024

IEA: “Dünyada neft və neft məhsullarının kommersiya ehtiyatları 77 milyon barel artıb”

Bu ilin aprel ayında dünyada neft və neft məhsullarının kommersiya ehtiyatları 77 milyon barel artıb.

Bu barədə Beynəlxalq Energetika Agentliyinin (IEA) hesabatında bildirilib.

Hesabata əsasən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) üzv ölkələrində də neft və neft məhsullarının kommersiya ehtiyatları 42,5 milyon barel artıb. Bununla belə, OECD ölkələrinin ehtiyatları 2017-2021-ci illər üçün orta səviyyədən 290,3 milyon barel aşağı olmaqla 2,669 milyard barel təşkil edib.

 

 

Son xəbərlər
Digər xəbərlər