Azərbaycan 2022-ci ilin yanvar-aprel ayları ərzində İsveçrəyə 772.34 kq çəkidə qızıl satıb.
Bu barədə Banker.az-a rəsmi mənbədən bildirilir.
Açıqlamaya görə, ilin ilk dörd ayı ərzində 47 milyon 832.36 min ABŞ dolları dəyəri təşkil edib.
Qeyd edək ki, qiymətli metalın 2021-ci ilin eyni dövrü üzrə İsveçrəyə ixrac həcmi 1 651.26 kq olmaqla 64 milyon 588.79 min dollar valyuta daxil olmuşdu.
Qızılın cari ildə bir kiloqramı 61 931.74 dollar təşkil edib. Bu ötən ilin eyni dövründə 39 114.85 dollar idi.