21 C
Baku
Saturday, September 28, 2024

Avropa Komissiyası Ukraynanın Aİ-yə üzv olması üçün şərtləri açıqladı

Avropa Komissiyası Ukraynanın Avropa İttifaqına (Aİ) üzv olması üçün şərtləri açıqlayıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.  Tənzimləyicinin sədri Ursula don der Leyenin sözlərinə görə, Ukrayna bu norma və standartların demək olar ki, 70%-nə cavab verir.

Kiyev Avropa İttifaqına daxil olmaq üzrə danışıqlara başlamaq üçün bir sıra tələbləri yerinə yetirməlidir:

–         Ukrayna Konstitusiya Məhkəməsi hakimlərinin seçilməsi qaydası haqqında qanunvericiliyin qəbulu və həyata keçirilməsi;

–         Ali Ədliyyə Şurasının üzvlüyünə namizədlərin dürüstlüyünün yoxlanılmasının başa çatdırılması və Ukrayna Hakimlərinin Yüksək İxtisas Komissiyasına namizədlərin seçilməsi;

–         Korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi;

–         Çirkli pulların yuyulmasına qarşı qanunvericiliyin “Financial Action Task Force” (FATF) standartlarına uyğunluğunun təmin edilməsi;

–         Ukraynanın təhlükəsizlik mühitinin bir hissəsi kimi bütün hüquq-mühafizə sektorunda islahatların aparılması üçün hərtərəfli strateji planın qəbulu;

–         “Anti-oliqarxiya” qanununun qəbul edilməsi;

–         Media qanunvericiliyinin Avropa qanunvericiliyinə uyğunlaşdırılması;

–         Venesiya Komissiyasının tövsiyələrinə uyğun olaraq milli azlıqlar üçün qanunvericilik bazasında davam edən islahatları başa çatdırmaq və onun həyata keçirilməsi mexanizmlərini hazırlamaq lazımdır.

“Bloomberg”in məlumatına görə, Ukraynaya Aİ-yə namizəd statusunun verilməsi ilə bağlı yekun qərar təşkilata üzv olan 27 ölkənin hamısı tərəfindən təsdiqlənməlidir. Qeyd edək ki, Danimarka və Hollandiya Ukraynanın üzvlüyünə buna qarşı çıxıb.

Avropa İttifaqına daxil olmaq prosedurunun özü illər çəkə bilər. Məsələn, Xorvatiya üçün 2013-cü ildə Aİ-yə daxil olmaq üçün müraciət edildiyi andan artıq 10 il keçib.

Son xəbərlər
Digər xəbərlər