Ukrayna “Avroviziya 2023” mahnı müsabiqəsinə ev sahibliyinin ləğvinə etiraz edib.
Ukraynanın mədəniyyət naziri Aleksandr Tkaçenko məsələ ilə bağlı açıqlama verib. Nazir bildirib ki, Avropa Yayım Birliyi (EBU) öz qərarına yenidən baxmalıdır. Çünki Ukrayna üzərinə götürdüyü öhdəliyə əməl etmək iqtidarındadır. Ölkə gələn yarışmayadaək bütün təhlükəsizlik məsələlərini həll edə bilər.
Qeyd edək ki, ötən gün Avropa Yayım Birliyi təhlükəsizlik məsələlərini əsas gətirərək gələn il yarışmanın Ukraynada kerçirilməsi qərarını ləğv edib.