“Telegram” messenceri ödənişli “Premium” abunəni rəsmi olaraq işə salıb, Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir. Vurğulanır ki, messencerdəki köhnə funksiyalar pulsuz olaraq qalır.
“Premium” abunəliyə ikiqat limitlər, 4 Gb-a qədər fayl yükləmək imkanı, səs mesajlarının avtomatik olaraq mətnə çevrilməsi, reklamın olmaması, unikal stikerlər və digər üstünlüklər daxildir.
Vurğulandığı kimi, “Premium” abunənin aylıq haqqı 4.99 dollar təşkil edir.
“Biz başa düşdük ki, mövcud funksiyaları pulsuz saxlayıb ən tələbkar azarkeşlərimizi razı salmağın yeganə yolu ödənişli abunəni işə salmaqdır”, – deyə messencerin yaradıcısı Pavel Durov deyib.