İrlandiya hakimiyyəti Rusiyaya qarşı əvvəlki sanksiyaların bir hissəsi olaraq 1.72 milyard avro dəyərində aktivlərini dondurub, Banker.az bu barədə ölkənin Xarici İşlər Nazirliyinin nümayəndəsinə və Mərkəzi Bankına istinadən xəbər verir.
Aİ-nin məlumatına görə, aprelin sonunda Avropa ölkələri Rusiyanın 840 milyon avro məbləğində aktivlərini bloklayıb. Aprelin 29-da İrlandiyanın xarici işlər naziri Saymon Koveni bildirib ki, hakimiyyət Ukraynanın bərpası üçün dondurulmuş Rusiya aktivlərindən təxminən 1.2 milyard avro ayıra bilər.