Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi “Azərenerji Təchizat” MMC ilə 1 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Sumqayıt şəhərində küçə, prospekt və parklarda aparılacaq abadlıq işlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1 005 884 manatdır.