Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko arasında görüş keçirilib.
Görüş Sankt-Peterburqdakı Konstantinovski sarayında baş tutub.
Söhbət zamanı liderlər gübrələrin tədarükü ilə bağlı vəziyyəti və digər aktual mövzuları müzakirə ediblər. Görüş iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü günündə baş tutub.
Bundan əvvəl Lukaşenko iyunun 23-24-də Zavidovodakı iqamətgahında Vladimir Putinlə qeyri-rəsmi danışıqlar aparıb.