ABŞ ordusu illərdir, PUA-ların xüsusən Ermənistan və Azərbaycan arasında Qarabağ müharibəsində yaratdığı təhlükəyə diqqət yetirir.
Bunu ABŞ-ın ordu naziri (quru qoşunları) Kristin Uormut deyib.
“Pilotsuz uçuş aparatları və digər avtomatlaşdırılmış sistemlər ABŞ üçün ciddi problemlər yaradır. Buna görə də biz hava və raketdən müdafiə sistemlərimizi təkmilləşdirməyi düşünürük”, – o bildirib.
ABŞ ordusunun rəsmisi qeyd edib ki, Ukrayna hərbçiləri zirehli birləşmələrə və Rusiya əsgərlərinin olduğu yerlərə zərbələr endirmək üçün mütəmadi olaraq Türkiyə istehsalı olan “Bayraktar TB2” PUA-larından istifadə edir, Rusiya qüvvələri də düşmənin cəmləşdiyi yeri müəyyən etmək və artilleriya atəşini göstərmək üçün pilotsuz uçuş aparatlarından istifadə edir.