7 C
Baku
Thursday, December 12, 2024

Zelenski: “Bu, Avropada yeni qaydalar yaratmaq üçün aparılan müharibədir”

Ukrayna və NATO eyni məqsədləri bölüşür.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski NATO-nun Madrid Sammitində videoformatda çıxışı zamanı deyib.

“Bizim də sizinlə eyni məqsədlərimiz var: Avropada və dünyada sabitlik. Buna görə də bu hücuma ləyaqətlə cavab vermək üçün bizə köməklə bağlı sizdən dəstək istəyirik. Bütün Atlantik cəmiyyəti vahid cəbhə yaratmalıdır.

Bu, Ukraynaya qarşı müharibə deyil. Bu, Avropada yeni qaydalar yaratmaq və yeni dünya nizamını təmin etmək üçün aparılan müharibədir”, – Ukrayna lideri əlavə edib.

Zelenski ölkəsinin müharibədə ehtiyacı olduğu silahlar barədə də danışıb.

Ukrayna Prezidenti qeyd edib ki, dinc sakinləri Rusiyanın raket hücumlarından və bombardmanlarından qorumaq üçün Ukraynanın müasir raketlərə və hava hücumundan müdafiə vasitələrinə ehtiyacı var:

“Onları bizə verməklə, siz Rusiyanın şəhərləri dağıtmaq və dinc əhalini qorxutmaq taktikasını tamamilə poza bilərsiniz. Bu, əsas məqamdır. Kiyevdən Madridə qədər olan məsafə bizə qarşı istifadə edilən raketlərin məsafəsindən azdır. Tərəfdaşların köməyi olmadan dövlət belə bir təhlükəyə necə cavab verə bilər? Siz bu yardımı bizə edə bilərsiniz. Bizim, həmçinin daha çox artilleriyaya ehtiyacımız var”.

Zelenski Ukraynanı təkcə silahla deyil, həm də Rusiyaya qarşı maliyyə və sanksiyalarla dəstəkləməyə çağırıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər