Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ukraynalı həmkarı ile telefon danışığı aparıb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Nazirlik bildirib ki, Xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı aparıb.
D.Kuleba öz “Twitter” səhifəsində yazıb ki, M.Çavuşoğlu NATO sammitinin nəticələri ilə bağlı məlumat verib, rəsmilər həmçinin Ukraynanın ərzaq ixracı ilə bağlı problemini müzakirə ediblər.