Məşhur ingilis rəssamı və mütəfəkkiri Frensis Bekonun 1964-cü ildə dostu Lusian Freydin təsvir etdiyi “Study for Portrait of Lucian Freud” adlı rəsm əsəri İngiltərənin ən böyük hərrac evlərindən biri olan Sotheby’s tərəfindən Londonda çıxarılıb. Banker.az xəbər verir ki, hərracda rekord qiymətə satılan əsər 52.8 milyon dollara alıcı tapıb. Hərrac evi tərəfindən 42 milyon dollara satılacağı gözlənilən portret trilogiyanın mərkəzi əsəri kimi tanınır. Trilogiyadakı portretlərdən birinin Qüdsdəki muzeydə, digərinin isə şəxsi kolleksiyada olduğu qeyd edilib.
Sotheby’s-ə görə, hərracdan əvvəl “Lusian Freydin portreti” şəxsi sənət kolleksiyasında 40 il ictimaiyyətdən gizlədilib.