10 C
Baku
Friday, December 13, 2024

Zelenski tarixi bəyanat imzaladı

Hökumət qollarının başçıları – prezident Vladimir Zelenski, baş nazir Denis Şmıqal və Ali Radanın sədri Ruslan Stefançuk Ali Radada strateji məqsədə – Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə nail olmaq üçün birgə bəyanat imzalayıblar.

Zelenskinin sözlərinə görə, Kiyev Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamağa hazır olmalıdır. Bu yolda Ali Radanı çətin iş gözləyir.

Eyni zamanda, prezident Aİ-yə üzvlük yolunda bütün hakimiyyət qollarının birliyinin əlaməti kimi birgə bəyanatın imzalandığını bəyan edib.

“Bu gün biz ümumi bəyanat imzalayırıq, bu, bütün hakimiyyət qollarının birliyinə siqnaldır və Avropa İttifaqına tamhüquqlu üzvlük kimi strateji məqsədə nail olmaq istəyimizin sübutudur”, – deyə Zelenski bildirib.

Onun sözlərinə görə, bu bəyanatı imzalamaq Aİ-yə daxil olmaq üçün ərizənin imzalanması ilə eyni məna daşıyır.

“Aİ-yə namizəd olmaq üçün bizə 115 gün lazım idi. Tam üzvlüyə gedən yolumuz onilliklər çəkməməlidir. Biz bu yolu mümkün qədər tez keçməliyik və nə qədər sürətlə hərəkət edəcəyimiz özümüzdən asılıdır. Biz işimizi qüsursuz görməliyik. Avrioa Birliyindəki dostlarımız da başqa bir tarixi qərarı tez bir zamanda təsdiq edəcəklər”, – Zelenski bildirib.

Ukrayna 28 fevral 2022-ci ildə Aİ-yə üzvlük üçün rəsmi müraciət edib. Ötən gün Avropa ölkələrinin bəzi rəhbərləri Ukrayna ilə inteqrasiyanın tərəfdarı olduqlarını bildiriblər. 2022-ci il martın 1-də Avropa Parlamenti Ukraynaya Aİ-yə namizəd ölkə statusu verən qətnaməni dəstəkləyib.

İyunun 17-də Avropa Komissiyası Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini tövsiyə edib.

İyunun 23-də Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın Avropa İttifaqına üzv olmaq üçün namizəd statusu aldığını təsdiqləyib və xalqı təbrik edib.

İyunun 23-də Avropa İttifaqı ölkələri Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsinə səs verib.

Xarici işlər naziri Dmitri Kulebanın sözlərinə görə, Ukraynaya Aİ-yə namizəd statusunun verilməsi qərarında dönüş nöqtəsi Fransa, Almaniya, İtaliya və Rumıniya liderlərinin Kiyevə səfəri olub.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər