Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) icraçı direktorlarından biri dəyişib.
Bu barədə EBRD-dən bildirilib. Məlumata görə, Bankın idarə heyətinin üzvü, kommunikasiyalar üzrə icraçı direktoru Conatan Çarles iyulun 1-dən etibarən vəzifəsindən ayrılıb. Onun yerinə isə Riçard Porter təyin edilib.
Qeyd edək ki, R.Porter 2017-ci ildən EBRD-də həm daxili, həm də xarici kommunikasiyalar üzrə fəaliyyə göstərib. Hazırkı vəzifəsini icra etməzdən əvvəl o, media əlaqələri, rəqəmsal kommunikasiyalar və donorlarla bağlı Strateji Məşğulluq və Planlaşdırma Direktoru olub.