7 C
Baku
Thursday, December 12, 2024

Almaniya kansleri Fransaya gedir

Almaniya kansleri Olaf Şolts iyulun 4-də Fransaya səfər edəcək.

Bu barədə kanslerin sözçüsü Stefen Hebestreyt mətbuat konfransında bildirib.

O qeyd edib ki, hökumət başçısı Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşəcək. Kanslerin səfərində məqsəd ikitərəfli və beynəlxalq məsələləri müzakirə etməkdir.

Görüş işçi nahar səviyyəsində keçiriləcək. Görüşdən sonra mətbuat konfransı nəzərdə tutulmayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər