Avropada təbii qazın qiyməti mart ayından bəri ilk dəfə 1700 dolları keçib, Banker.az bu barədə “RBC”ya istinadən xəbər verir.
Vurğulanır ki, Hollandiyadakı TTF qovşağında avqust fyuçerslərinin dəyəri 5.55% artaraq 1 MVt/saat üçün 1566.85 avroya və ya min kubmetr üçün 1709.79 dollara çatıb.
İyulun 5-də Norveçdə energetika işçilərinin tətilinə başlamasının planlaşdırıldığı xəbəri fonunda qiymətlər artmaqdadır. “Reuters”in məlumatına görə, tətilə görə ölkədə qaz hasilatı 13% azala bilər.