10 C
Baku
Tuesday, November 26, 2024

Avqustdan Ağdam Sənaye Parkında tikinti başlayacaq

190 ha ərazisi olan Ağdam Sənaye Parkının hazırda 9 rezidenti var və onların 50 mln. manatdan çox investisiya yatırması nəzərdə tutulur. Bu, 1000-dən çox daimi iş yerinin yaradılmasına imkan verəcək.
Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.
Nazir qeyd edib ki, artıq Sənaye Parkının rezidentləri üçün ayrılmış ərazilərdə layihələrin həyata keçirilməsinə hazırlıq işləri gedir və avqust ayından tikintiyə başlanılması planlaşdırılır.
Son xəbərlər
Digər xəbərlər