3 C
Baku
Saturday, December 14, 2024

Gürcüstanda zavod işçiləri tətilə başladı

Rustavi Metallurgiya Zavodunun bəzi işçiləri maaşların artırılması tələbi ilə tətilə başlayıblar.

Bu barədə Kvemo Kartli metallurqlar, mədənçilər və kimyaçılar həmkarlar ittifaqının regional nümayəndəsi Georgi Tkemaladze bildirib:

“Armatur istehsal edən sexin tətil edən işçilərinin əsas tələbi – maaşların 30% artırılması və 13-cü maaşın verilməsidir”.

Məlumata görə, müəssisənin rəhbərliyi tətil edən işçilərlə danışıqlar aparır, zavodda normal iş rejimi davam etdirilir və məhsul istehlakçıya çatdırılır.

Şirkət qeyd edib ki, son üç ildə işçilərin əməkhaqqı 5 dəfə artırılıb. Sonuncu artırılma 1 yanvar 2022-ci ildə baş tutub və bütün işçilər yenilənmiş müqaviləni imzalayıblar. Şirkət isə öz növbəsində bu yeni əmək müqavilələri üzrə öhdəliklərini ciddi şəkildə yerinə yetirir.

Zavod rəhbərliyinin bildirdiyinə görə, işçilər maaşlarını həmişə vaxtında alır, həmçinin pulsuz yemək, tibbi sığorta, xüsusi geyim və avadanlıqla təmin olunurlar.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər